Dövlət Komitəsi: "Füzuli şəhərində həyat öz axarındadır" | VİDEO
19 Fevral 2026
Oxunub:848
"Yenidən inşa edilən Füzuli şəhərinə birinci mərhələdə köçürülən sakinlər – keçmiş məcburi köçkünlər uzun illərin ayrılığından sonra yenidən birlikdədirlər. Söhbətgahlar, uşaq meydançaları gecə-gündüz dolub-boşalır. Böyüklər xatirələrini bölüşür, balacalar müxtəlif oyunlarla vaxt keçirirlər".
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AzVision.az -a verilən məlumata əsasən, Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə hazırlanmış videoçarxda Füzuli şəhərinin bugünkü həyatından maraqlı anlar görüntülənir.
Videoçarxın məqsədi bölgəyə qayıdan sakinlərin gündəlik həyatını və uşaqların xoşbəxt anlarını nümayiş etdirərək ictimaiyyətin məlumatlandırılmasıdır.